Ermənilərin vəhşi xüsusiyyətləri içində uşaq qatilliyi xüsusi yer tutur- bu, ən vəhşi heyvanlar da daxil olmaqla, heç bir canlı növünün edə bilməyəcəyi vəhşilik növüdür
Qarabağda hərbi əməliyyatların başlanmasından sonra, Ermənistanın məğlub olduğu cəbhəni bir kənara qoyub döyüş zonasından xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və kəndlərini qadağan olunmuş kaset bombaları ilə atəşə tutuması və nəticədə bir hissəsi uşaq olmaqla onlarla dinc sakinin qtələ yetirilməsi ermənilərin iç üzünü bir daha dünyaya nümayiş etdirdi.
Dünya fövqəldövlətlərinin sülh çağırışları və atəşkəs danışıqlarından dərhal sonra erməni tərəfin belə vəhşi hərbi cinayət aksiyasını həyata keçirməsi, əslində, onların sülh danışıqlarındakı qeyri-səmimiliyinin, xalqımıza qarşı yüz illərlə davam edən və son 30 ildə daha da şiddətlənən vəhşi nifrətinin və soyqırım siyasətinin ən bariz nümunəsidir.
Bu hadisə erməni terrorçu ordusunun uşaq qatili damğasını bir daha möhkəmləndirdi. Separatçı ölkəni müdafiə edənlər bir daha şahidi oldular ki, ermənilər vəhşiliklərdən əl çəkməyərək, hətta körpələri belə vəhşicəsinə öldürməyi özlərinə rəva bilirlər.
5-10 yaşlı uşaqların qətlə yetirilməsi Ermənistanda siyasi və ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir.
Ermənilərin uşaq qatilliyi xəstəliyi hansı faciələrə səbəb olub?
Ümumiyyətlə, ermənilərin uşaq qatilliyinin tarixi çox qədimlərə gedib çıxır. Ötən əsrlərdə ermənilər tərəfindən öldürülən uşaqların sayı 100 mindən az olmaz. Ötən əsrin sonlarında bu proses daha böyük vüsət alıb.
Hələ 1905, 1918 və digər illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarda minlərlə uşaq qətlə yetirilmişdi. Ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinə Sovet dövründə ara verilmişdi, lakin SSRİ- nin son illərində və Sovet İttifaqı dağılandan sonra bu vəhşi qəbilə yenidən köhnə şakərinə qayıtdı.
Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqda 216 soydaşımız qətlə yetirilib. Həlak olanların arasında 23 uşağın olduğu bildirilir. Aparılan araşdırmalar göstərdi ki, bu rəqəm daha böyükdür. Elə kənd var ki, qətlə yetirilən uşaqların sayı 23-dən yuxarıdır. Sadəcə olaraq, daşnakları üstümüzə qızışdıranların bu etirafı da diqqət çəkməlidir.
1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi.
70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.
Hətta ən vəhşi heyvanlar belə körpələri öldürmür
Ermənilər tərəfindən törədilmiş qətl hadisələrini, ağlagəlməz işgəncə növlərini araşdırarkən bu deyilənlərlə baş verən vəhşilik heç müqayisə olunmur. Uşaqlarla bağlı, körpələrlə əlaqədar onların həyata keçirdikləri qətl hadisələrinin xronoloji ardıcıllığını nəzərdən keçirəndə, bunların insan tərəfindən edildiyinə inanmırsan.
Təbiətdə də vəhşilər arasında bu cür münasibətin mövcudluğu müşahidə edilməyib. Ən nəhəng və vəhşi sayılan timsahın acgözlüklə yediyi tısbağa sayılır. Amma təbiətşünaslar yazırlar ki, timsah heç vaxt tısbağanın körpəsinə toxunmur (bu barədə sənədli film də var), əksinə, onu ağzına alaraq suya salır ki, quraqlıqdan əziyyət çəkməsin...
1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində ermənilər 15 uşağı vəhşicəsinə qətlə yetiriblər. Şamaxıda qırğınlar törədən daşnaklar 1277 uşağa işgəncə verərək öldürüblər.
Həmin il erməni silahlı quldurları Türkiyənin Katranlı kəndinə hücum edərək ətraf yaşayış məntəqələrinin əhalisini qılıncdan keçiriblər. Bu qanlı qırğında daşnaklar 1400 uşağı odda yandırıblar.
1920-ci il yanvarın 6-da ermənilər Naxçıvanın Bılağ kəndində atəşə tutduqları yüzlərlə insanın arasında işgəncə ilə 25 uşağın həyatına son qoyublar. Elə həmin ilin müxtəlif aylarında digər bölgələrimizdə yüzlərlə uşaq ermənilər tərəfindən min bir əzabla qətlə yetirildi.
Təkcə Zəngəzurda güllələnən 7729 nəfərdən 2196-sı azyaşlı uşaq olub. Faktlarla üzləşdikcə dəhşətə gəlirsən. Körpəni güllələmək, onu təndirə atmaq, yabaya, süngüyə keçirmək, şişə taxmaq, parça-parça edib quduzlara tullamaq sanki ermənilərin adi məşğuliyyətidir.
Ötən əsrin əvvəllərində qaniçən Hamazaspın əmri ilə daşnaklar Qubada 4 qadın və 2 uşağı meydana gətiriblər. Bu qəddar quldurun tapşırığı ilə uşaqların başını kəsiblər, qadınları isə süngü ilə ikiyə bölüblər. Meydanda ah-nalə yüksələndə Hamazasp əsgərləri cərgə ilə düzdürərək dinc əhaliyə atəş açmağı əmr edib...
Elə bölgələrimiz, kəndlərimiz var ki, orada ilk şəhidlərimiz məhz körpələr olub. Jurnalist həmkarımız M.Nərimanoğlunun "Dağların sinədağı" adlı kitabında bununla bağlı bir məlumat verilir: "Kəlbəcərin şəhidlik qisməti ilk dəfə süd qoxulu 8 körpəyə düşdü". Ermənilərin qətlə yetirdiyi bu fidanların - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) qətlini nə ilə əsaslandırmaq olar? Əlbəttə, yalnız erməniliklə. Çünki dünyada, tarixdə, bunu edə biləcək başqa bir canlı forması, ideologiya yoxdur.
Ermənilər özlərinin vəhşi olduğunu təsdiq edirlər
"Ermənilərin anası" adlandırılan Silva Kaputikyan da ötən əsrin sonlarında öz qaragüruhçu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabardırdı: "Sən türk (azərbaycanlı-red) öldürməkdən qürur duymalısan".
Erməni yazıçı Zori Balayan "Ocaq" kitabında erməniləri azərbaycanlılara qarşı tükürpədici müharibəyə çağırırdı. Başqa bir erməni şovinisti Arutunyan isə "türk (azərbaycanlı) öldürməyən erməni öz əli ilə özünü öldürsün",- deyirdi.
David Xeyriyan adlı birisi "Xaç naminə" kitabında yazıb: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı".
Erməni tarixçisi A.Lalayan da öz quldurlarının tükürpədici əməllərindən bəhs edərək yazırdı: "Daşnak dəstələri türk (azərbaycanlı-red) qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirirdilər. Onlar insanları- öz qurbanlarını eybəcər hala salırdılar".
Daşnak Vahramın "qoçaqlığı" isə daha dəhşətlidir: "Mən heç nəyi nəzərə almadan türkləri qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar atasan. Belə də etdim. Bütün qadınları, uşaqları quyuya doldurub üstünə ağır daşlar tökdüm".
Erməni vəhşiliyi tarixin qara səhifələrində
Kulqe adlı xristian mənsubiyyətli bir araşdırmaçı çar Rusiyası dövründə tərtib etdiyi protokolda azərbaycanlıların məruz qaldığı dəhşətli səhnələrin təsvirini verib. Diri-diri divara hörülən, kürəyinə samovar bağlanan, gözlərinin qarşısında körpələrinə sitəm edilən qadınların ağır halından yazıb. Kulqe bildirib ki, onu dəhşətə gətirən rəhmsiz "insan"ların cinayət dolu əməlləridir. O, uşaq meyitlərinin itlər tərəfindən necə gəmirildiyini təsvir edən şəkillər də çəkib.
Fransız səyyahı qraf De Şole yazırdı: "Ermənilərin yoxsulluğunun və əzab-əziyyət çəkməsinin məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, onların haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim".
Ermənilər hər yerdə Sumqayıt, Gəncə və Bakıdakı talanlardan danışırlar, lakin Ermənistanda və Qarabağda törətdikləri talan və qətllərin arxasında durduqlarını dilə gətirməməyə çalışırlar. Təkcə, Xocalı soyqırımı deyil, irili-xırdalı onlarla “xocalı” törədiblər.
Son 10 ildə 1 milyon azərbaycanlını soyqırıma və terrora məruz qoyublar. Bu əməllərini daha davam etdirə bilməyəcəklər. Çünki müzəffər Azərbaycan Ordusu artıq bütün bunlara son qoymağa başlayıb. Ermənistanın terrorçu ordusu bütün Azərbaycan ərazilərindən qovulur, bu təkcə torpaqların azad edilməsi deyil, həm də indiyədək xalqımıza qarşı törədilən qanlı cinayətlərin qisasıdır.
Ən əsası, ermənilər, müxtəlif xalqların birgə, mehriban, dostcasına yaşadığı Azərbaycan cəmiyyətinə layiq olmadığını, bu xalqlarla bir yerdə yaşayamağa yaramadıqlarını sübut ediblər. Qoy gedib başqa ölkələrdə və ya yoxsul Ermənistanda yaşasınlar. Beynəlxalq təşkilatların bizə birgəyaşayış təklifləri burada keçərsizdir. Belə vəhşi qəbilə ilə qoy özləri birgə yaşasınlar, əlbətttə oralarda da növbəti qarabağlar yarananadək.
Elçin Bayramlı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB