“Ermənistan üçün 2020-ci il böhran ili kimi qiymətləndirilir” Ermənistanın maliyyə naziri
Borcun nisbi və nominal göstəriciləri artacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Atom Cancuqazyan parlamentdə "2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
“2020-ci il böhran ili kimi qiymətləndirilir. Bu vəziyyətdən qurtarmanın dərhal 2021-ci ildə baş verəcəyinə də inanmırıq. Bu səbəbdən 2021-ci il də müstəsna hesab olunur. Borc artır və hələ də artacaq”, deyə maliyyə naziri bildirib.
Atom Jancuqazyana görə, 2020-ci ilə nisbətən borc göstəricilərindəki nisbi azalmanın təxminən 1,7 faiz bəndi ola biləcəyi ehtimal olunur.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB