"Ermənistan bütün çirkin əməllərə əl atmağa hazırdır" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə bu gün Ermənistan dünyada nə çirkin əməllər varsa hamısına əl atmağa hazırdır. İki il bundan öncə küçədən hakimiyyətə gələn Ermənistan baş naziri Nikol Paşinyan xalqa yalançı vədlər verərək Qarabağ problemini həll edəcəyini deyərək demokratiyadan dəm vurdu. O hakimiyyətə gəldikdən sonra verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Təbii ki, bunlar baş verməyəndə ölkə daxilində bu hakimiyyətin özünün reytinqi çox aşağı düşdü. Demək olarki sıfıra bərabər oldu. Belə olan təqdirdə onlar yenidən Qarabağ üzərindən yalançı vədlər verməyə və oyunlar qurmağa başladılar”. Bunu SİA-ya millət vəkili Məşhur Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu cür yalançı vədlər ölkə daxilində çökməkdə olan hakimiyyəti bir müddət ayaqda saxladı: “Amma müharibə başlayanda həmin vədlərin boğazdan yuxarı söylənilmiş söz olduğu ortaya çıxdı. Məlum oldu ki, bunların nəinki ordu kadrları, heç silahları belə yoxdur. Beləcə onlar ordunu formalaşdırmaq üçün başqa ölkələrə yalvarmağa başladılar. İşğalçı ölkə dünyada olan ermənilərə, ermənipərəst qüvvələrə çağırışlar etdilər. Ermənistan tərəfi hər tərəfə bəyan edir ki, guya Azərbaycan ordusunda muzdlular döyüşür və s. Əslində isə onlar öz hərəkətlərini gizlətməyə çalışırdılar. Sonradan cəbhədə döyüşlərdə məhv olmuş erməni əsgərlərinin cəsədrlərinin içərisində başqa millətlərin – Suriyadan, İraqdan, PKK-dan, “Asala” terror təşkilatlarından, hətta Avropadan olan muzdlular var idi. Bu gün hələki ermənilər xaricdən güc, qüvvət, dəstək alaraq ayaqda özlərini saxlayırlar. Bu gün artıq 90-cı illər deyil. Biz tamam fərqli durumdayıq. Məsələn, Bərdə məsələsindən bir gün sonra bütün səfirliklərin, hərbi atteşelərin nümayəndələrinin həmin bölgədə olması, oradan informasiya yayması bəzi beynəlxalq beynəlxalq təşkilatların artıq həqiqətləri gizlədə bilməməsinə gətirib çıxardı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...