İsrailin ölkəmizdəki sabiq səfirindən dost təklifi "Dəmir Günbəz"

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk terrorçu Ermənistan tərəfindən Bərdəyə edilən raket hücumlarının şəkillərini paylaşaraq maraqlı və düşündürücü təkliflə çıxış edib. SİA xəbər verir ki, bu barədə özünün tvitter səhifəsində yazan Artur Lenk qeyd edib ki, ölkəsi dünyada analoqu olmayan "Dəmir Günbəz" raketdən müdafiə kompleksini azərbaycanlılarla bölüşməlidir. SİTAT: "Sderot, Aşkelon və Beer Şevadan olan israillilərə bu hekayə tanışdır. Döyüş meydanında itkiləri "tarazlaşdırmaq" üçün mülki əhaliyə raketlər atırlar. "Dəmir Günbəz! sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...