Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanın “Eurovision 2011” müsabiqəsində qələbəsi münasibətilə prezident İlham Əliyevi təbrik edib

Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanın “Eurovision 2011” müsabiqəsində qələbəsi münasibətilə prezident İlham Əliyevi təbrik edib

Gürcüstan prezidenti Mixail Saakaşvili mayın 15-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. SİA-nın xəbərinə görə, prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Gürcüstan prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" müsabiqəsində qələbəsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulayıb.

Dövlət başçısı İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstan prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları iki ölkə arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə