Tacikistan portalı “Erməni terrorizmi. İdeologiyanın qanlı izləri” sərlövhəli məqalə verib

Tacikistanın “avesta.tj” portalı rus dilində azərbaycanlı müəllif Raqif Hüseynovun “Erməni terrorizmi”. İdeologiyanın qanlı izləri” sərlövhəli məqaləsini verib.

SİA xəbər verir ki, məqalədə “Erməni terrorizmi” anlayışının ilk dəfə ABŞ Dövlət Departamentinin 1982-ci ilin avqustunda buraxılan aylıq bülletenində yer aldığı deyilir. Bu konsepsiyanın yaranmasının əsas səbəbi budur ki, erməni millətçi fraksiyalarının ultramilli ideyalar əsasında formalaşdırdığı partiyalar öz məqsədlərinə çatmaq üçün terrorizmi öz siyasətlərinə daxil ediblər.

Bildirilir ki, “Hinçaq” partiyası tarixdə ilk erməni terror partiyası kimi tanınır. Partiyanın 1988-ci ildə dərc olunan manifestində qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün terrorizm başlıca vasitə kimi göstərilib. 1903-cü ildə bu partiya onların məqsədlərinin həyata keçirilməsinə mane olan çar Rusiyasının Qafqazdakı canişini Qolitsini aradan götürüb.

Yazıda əsrin əvvəllərində Ermənistanın Azərbaycanın müxtəlif yerlərində törətdiyi soyqırımlar haqqında məlumat verilir, Daşnaksütyun partiyası, ASALA terror təşkilatı barədə söhbət açılır. 1990-cı il avqustun 10-da Ermənistanın Tbilisi-Ağdam avtobusunu partlatması, ondan sonra ölkəmizdə ermənilərin həyata keçirdiyi müxtəlif terrorçuluq əməlləri, Xocalı faciəsi barədə məlumat verilir.

Məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan mövqelərində təxribat törətməsi və Azərbaycanın əks-hücumu haqqında da geniş söhbət açılır. Bildirilir ki, Ermənistan Gəncə, Mingəçevir, digər şəhər və rayonlarımıza, kəndlərimizə raket zərbələri endirir. Tərtər, Ağdam, Bərdə, Beyləqan, Ağcabədi, Daşkəsən və digər rayonlarımız vaxtaşırı atəşə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə