“Paşinyan iflasa uğramaq yolunu seçdi” Aleksey Arestoviç

Ermənistan rəhbərliyi bir gün ərzində qadın batalyonundan və total müharibənin zəruriliyindən tutmuş, “münaqişənin diplomatik yolla həll olunmaması”na və “münaqişəni sülh yolu ilə həll etməyə hazır olması”na qədər ziddiyyətli və sərsəm bəyanatlar səsləndirib. SİA xəbər verir ki, bu barədə Ukraynalı siyasi və hərbi ekspert Aleksey Arestoviç sosial şəbəkədə yazıb.

Ekspertin sözlərinə görə, Nikol Paşinyan hazırda ən kritik vəziyyətdədir.

“Müharibəni dayandırmaq Paşinyan üçün vəzifə itkisi və ya fiziki cəhətdən zərərçəkmə ilə nəticələnə bilər. Müharibəni davam etdirmək isə ən ağır məğlubiyyətə uğramaq və daha bir neçə min vətəndaşını itirmək deməkdir.

Amma o özünü çətinliyə salıb, münaqişənin tədricən həlli yolu əvəzinə müharibə və nümayişkaranə anti-Azərbaycan ritorikası ilə iflasa uğramaq yolunu seçdi. Onun bu taleyinə heç kim qibtə etməzdi”, deyə Aleksey Arestoviç sosial şəbəkədə qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə