DumanınKomitə sədri: Rusiya Qarabağ müharibəsində hərbi formada iştirak etməyəcək

Rusiya Dövlət Dumasının alt palatasının deputatı Zatulinin Rusiyanın Qarabağda hərbi iştirakı barədə fikirlərinə Dumanın Müdafiə Komitəsi sədrinin 1-ci müavini deputat Krasov etiraz bildirib ...

Dövlət Duması Müdafiə Komitəsi sədrinin 1-ci müavini Andrey Krasov parlamentin aşağı palatasındakı həmkarı Konstantin Zatulin ilə media üzərindən polemikaya girib.

RİA Novosti-yə verdiyi müsahibədə,, A.Krasov Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağ münaqişəsi zonasında istifadəsinin planlaşdırılmadığını, bu mövqenin Müdafiə Nazirliyi ilə razılaşdırıldığını, cənab Zatulinin alt palata adından bu mövzuda danışmaq səlahiyyətinin olmadığını bildirib.

Deputat ölkə prezidenti Vladimir Putinin, Xarici İşlər Nazirliyi və Rusiya Müdafiə Nazirliyinin rəhbərlərinin problemin sülh yolu ilə həlli üçün səy göstərdiklərini də xatırladıb.

"Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətdir" millət vəkili deyib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə