Misir saytları: Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə ballistik raketlər atıb

Misirin “Garbnews” informasiya portalı və “Aldiplomasy” internet nəşri Ermənistanın yenidən Azərbaycanın yaşayış məntəqələrinə raket hücumu barədə xəbərlər yayıblar.

SİA-nın xəbərinə görə, AZƏRTAC-a istinadla yayılan xəbərlərdə Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, 120-dən çox yaşayış məntəqəsini düşməndən azad edən Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın oktyabrın 22-də səhər saatlarında Siyəzən, Qəbələ və Kürdəmir rayonlarını raket atəşinə tutduğu bildirilir.

Qeyd olunub ki, Qəbələdə bir nəfər dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 5 evə ciddi ziyan dəyib. Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini raketlə hədəfə alıb. Lakin raketin Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində onun hissələri su kəmərinin yaxınlığına düşüb.

Misir saytları, həmçinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlanıldığını da qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...