Zatulin də ermənilərdən üz döndərdi - "Yorulmuşuq"

"Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq, özünüz nəsə edin". Məlumata görə, bunu rusiyalı siyasətçi Konstantin Zatulin erməni mətbuatına müsahibəsində deyib.

O bildirib ki, əgər Ermənistanın KTMT üzvü olaraq maraqları pozulursa, o zaman KTMT-yə müraciət etsinlər: “Ermənistan nə edir? Niyə müraciət etmir? Çünki Ermənistan hökuməti hesab edir ki, Rusiyaya kömək üçün müraciət etsə, qərbli dostlarının xətrinə dəyər. Kimə arxalanacağını müəyyənləşdirmək lazımdır. Rusiyanın bu vəziyyəti həll etməyə çalışması normal deyil. Ermənistan siyasi baxımdan parçalanır. Baş naziriniz isə elə davranır ki, sanki keçmiş prezidenti həbsə atmaqla ölkəni idarə etməyə davam edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...