"Bu son hadisələr Ermənistanın terrorçu hakimiyyətinin iç üzünü, bütün dünyaya açıb göstərdi" - Əli Əhmədov

"Bizim üçün ən böyük itki öldürülən günahsız insanlardır. Çox təəssüf ki, şəhid olan insanlarımızı geri qaytarmaq mümkün deyil. Eyni zamanda bizim qəlbimizi yaralanan insanlar da ağrıdır." SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə bu fikirləri Gəncə şəhərinə gələn və raket zərbəsinin düşdüyü əraziyə baş çəkən baş nazirin müavini Əli Əhmədov bildirib. O qeyd edib ki, bu terror hadisələri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciətlərimizi göndərmişik
"Beynəlxalq təşkilatlar, xüsusi ilə beynəlxalq məhkəmələr qarşısında günahsız insanların öldürülməsi ilə bağlı məsələnin qaldırılması üçün bütün lazımı işləri görürük. Qarşımızda duran ən mühüm, ən vacib məsələ ondan ibarətdir ki, Ermənistanın mənfur hərbi və siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdıraq. Bu son hadisələr Ermənistanın terrorçu hakimiyyətinin iç üzünü, həqiqi mahiyyətini bütün dünyaya açıb göstərdi", deyə Əli Əhmədov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə