YAP Gəncədə raket hücumu zamanı valideynlərini itirmiş uşaqların hər birinə 300 manat təqaüd verəcək

Gəncədə terror hadisələri zamanı zərər çəkmiş ailələrə yardım göstəriləcək. SİA-nın verdiyi məlumata görə, Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib. Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...