İqor Korotçenko ermənilərə istehza etdi: Geri qaçmamaları üçün baraj dəstələri? FAKT

"Bir sıra erməni "Telegram" kanallarında Ermənistanda xüsusi təhlükəli cinayətlər törətdiklərinə görə uzun müddət azadlıqdan məhrum ediləm məhkumlardan intihar dəstələrinin yaradılması barədə məlumatlar yayılıb. Onların cəbhədə ən şiddətli döyüşlərin getdiyi bölgələrə göndərilməsi planlaşdırılır".

SİA xəbər verir ki, bu fikirləri Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, "Milli Müdafiə" jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analiz Mərkəzinin direktoru, hərbi-siyasi ekspert İqor Korotçenko "Telegram" sosial şəbəkədəki səhifəsində yazıb.

Rusiyalı hərbi-siyasi ekspert bu məsələyə istehzalı münasibət nümayiş etdirməklə yanaşı, erməni tərəfinin başını itirdiyinə işarə edib və bütün bunları aldıqları ağır məğlubiyyətlərlə əlaqələndirib.

"Əvvəlcə qadın taborları. Sonra da erməni qoşunlarının arxa hissəsinə onların geri qaçmamaları üçün baraj dəstələri?..", deyə Korotçenko yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə