Koronavirusa yoluxma faciəvi həddə çatdı Ermənistanda

Ermənistanda koronavirusa yoluxma bazar günü 750-yə düşsə də, son sutkada bu göstərici yenidən 1234-ə qalxıb. SİA xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

İşğalçı ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, bununla da Ermənistanda yoluxanların sayı 66694 olub.
Məlumatda o da qeyd olunub ki, son sutkada Ermənistanda daha 10 nəfər bu virusdan ölüb. İşğalçı ölkədə hazırda 16541 nəfər aktiv koronavirus xəstəsi var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...