Ovannisyan qadın donu arxasında gizləndiklərini etiraf etdi FAKT

Erməni ordusunun Azərbaycanın Silahlı Qüvvələri ilə qarşı-qarşıya gəlməsində, sözün əsl mənasında, “kişi” qıtlığı yaranıb. Artıq terrorçu dövlət açıq-aydın bəyan edir ki, cəbhəyə qadınları göndərməkdədir. SİA erməni KİV-lərinə istinadən məlumat verir ki, ermənilərin müdafiə nazirliyinin rəsmisi Artsrun Ovannisyan artıq 100 qadının birləşdiyi dəstənin hazır olduğunu bəyan edib.

Maraqlıdır ki, isti yerində oturub qadınları aşkar ölümə göndərən Ovannisyan və Ermənistanın terrorçu hakimiyyəti “Onlar bizim qızlarımız, bizim bacılarımız, şərəfimizdir”, deyərək, hakimiyyətlərinin qadın donu arxasında gizləndiyini açıq-aşkar etiraf edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə