Dağlıq Qarabağda separatçı quldur rejimin “rəhbəri” Araik Arutyunyan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxuya düşərək ərazini tərk edən mülki əhalini dayandırmaq üçün qadağalar tətbiq edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb.
Separatçıların “rəhbəri” bölgədə tətbiq edilən hərbi rejimi bəhanə edərək çağırış yaşına çatmış şəxslərin Qarabağ ərazisindən çıxmasını qadağan edib.
Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun öz torpaqlarını müdafiəsi qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistan ölkə qanunlarına qarşı çıxaraq, son 1 ildə tərxis olunmuş çağırışçıları da hərbi xidmətə yenidən cəlb edib.
Eyni zamanda, işğalçı dövlət döyüşlərə artıq qocaları da məcburi şəkildə cəlb edir.
Xatırladaq ki, sosial şəbəkədə mövqelərindən qaçmamaları üçün zəncirlənmiş erməni hərbçiləri, eləcə də Xankəndinin tam olaraq boşalması barədə çoxlu görüntülər yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB