Mesut Özildən Azərbaycana dəstək

"Arsenal"ın futbolçusu Mesut Özil Azərbaycana dəstək olub.

SİA xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bununla bağlı Tvitter hesabında paylaşım edib.

Almaniya yığmasının sabiq üzvü Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini yazıb.

Türk əsilli oyunçu "Tək millət, iki dövlət" ifadəsini də paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə