Gəncənin bombardman edilməsi erməni faşizminin eybəcər sifətini göstərir -TƏHLİL
Prezident İlham Əliyev: “Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi”
Mövcud fakt və reallıq ondan ibarətdir ki, son 200 ildə regiona gəlmə millət olan ermənilərə xarici havadarlarının göstərdiyi hərbi-siyasi dəstək hesabına 2 milyona yaxın azərbaycanlı qətlə yetirilib, Zəngəzur, Göyçə, İrəvan və digər qədim yaşayış məskənlərimiz işğala məruz qalıb. Sovetlər İttifaqının dağılması ərəfəsində yenidən Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirməyə ümid bəsləyən ermənilər Dağlıq Qarabağda işğal və qətliam siyasəti həyata keçirməyə başladı. O zaman SSRİ rəhbərliyinin daha çox erməni maraqlarından çıxış etmələri erməniləri Azərbaycanın ayrılmaz hissəsi olan və respublikamızın tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin zor gücünə qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib. Gorbagor Zori Balayanın 1981-ci ildə erməni dilində Yerevanda, 1984-cü ildə rus dilində Moskvada çap edilmiş “Ocaq” kitabında Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi, 1987-ci ilin noyabrında Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın Parisdə “L’Humanité” qəzetinə müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsini dəstəkləməsi, 1987-ci ilin payızında Yerevanda təşkil edilmiş mitinqlərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa çağırışlar, ərazi iddiaları bu fəaliyyətin tərkib hissələri olub. Beləliklə, 1987-ci ilin sonlarından başlayaraq Ermənistan SSR-dən 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından didərgin salındı, 220 nəfər erməni vəhşiliyinin qurbanı oldu, 1154 nəfər isə yaralandı.
Vəhşi ermənilərin barbar əməlləri
Xarici ölkələrdən hərbi-siyasi dətək alan terrorçu Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı işğal etmək üçün geniş fəaliyyət başlamışdır. Bu siyasət son dərəcə qəddar və qaniçən formada həyata keçirliyi üçün minlərlə azərbaycanlı vəhşicəsinə öldürüldü, yaralandı, yüz minlərlə insan öz doğma ev-eşiyindən qaçqın və köçkün həyatı yaşamağa məcbur edildi. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində çoxsaylı muzeylər, məscidlər, abidələr dağıdılıb. İlk insan məskənlərindən olmuş tarixi Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları viran edilib. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalıb. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalıb.
Cəbrayıda dalğalanan üçrəngli bayrağımızın Şuşada da dalğalanması günü uzaqda deyil
Bir sözlə, birinci Qarabağ müharibəsi dövründə ermənilər Azərbaycan xalqına qarşı dünyada görünməyən vəhşiliklər, qətliamlar həyata keçirib, maddi və mənəvi ziyan vurub. Ancaq artıq dövr və zamn dəyişib, Azərbaycan hazırki məqmda ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. Bu isə, Dağlıq Qarbağın işğaldan azad edilməsi üçün ölkəmizə yeni üstünlüklərin və imkanların verilməsi deməkdir. Gözlənilən an yetişdi və sentyabrın 27-dən başlayan hərbi əməliyyatların qısa dönəmində güclü və qüdrətli Azərbaycan ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən bir sıra strateji yüksəklikləri və əraziləri işğaldan azad etdi. Eyni zamanda, işğalçı Ermənistanın yüzlərlə hərbi-texniki vasitələri, canlı qüvvəsi məhv edildi. Hərbi ekspertlərin qeyd etdiyi kimi artıq Ermənistan tam şəkildə məğlubiyyətə uğrayıb və bir neçə günə ağ bayraq qaldırmağa məcbur olacaq.
Bəli, bir zaman iddialı və hikkəli çıxışı ilə diqqət mərkəzinə çevrilməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan artıq rəzil və zəllil bir formaya düşüb, dünya ölkələrinə yalvarış dolu müraciətlər etməklə cəbhədə atəşkəsə nail olmağa çalışır. Bununlada yenidən danışıqların bərpa olunmasına ümid bəsləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində “həllin danışıqlar vasitəsilə olduğunu düşündüyünü, lakin danışıqların məğzi olmalıdır” deyə bildirib: “Ermənistanın “Qarabağ Ermənistandır” deməsi, - onların baş naziri bunu söyləyib, - münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi. Çünki həmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olan ATƏT-in Minsk qrupu - onlar danışıqlar zamanı illər ərzində münaqişənin həlli üçün prinsipləri hazırlayıblar və regionumuzda dayanıqlı sülhə nail olmaq üçün birinci addım işğal olunmuş ərazilərin boşaldılmasıdır. İki il bundan əvvəl dövlət çevrilişi və Corc Soros tərəfindən maliyyələşdirilmiş “inqilab” nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə o danışıqların məğzini məhv edir. Danışılası heç bir şey qalmır. Buna görə Ermənistanda hakimiyyətdə olan baş nazir öz destruktiv davranışı, hərbi toqquşmaya gətirib çıxarmış hərəkətləri barədə ciddi şəkildə düşünməlidir. Biz 28 ildir ki, danışıqlar prosesində idik və mənim Ermənistanın iki sabiq prezidenti ilə danışıqlar təcrübəm var idi. Biz həll yolunu tapmaq üçün nisbətən məqbul şəkildə işləyirdik, biz kiçik addımlar atırdıq. Biz vasitəçilərlə birlikdə münaqişənin həlli üçün əsas prinsipləri işləyib hazırlayırdıq. Sonra iki il bundan əvvəl siyasi həyatda heç bir təcrübəsi olmayan, bütün həyatı boyu hətta kiçik bir şirkətin rəhbəri olmayan, geosiyasət, beynəlxalq münasibətlər haqqında heç bir anlayışı olmayan, küçədən olan bir şəxs hakimiyyətə gəlir və öz ölkəsini dağıtmağa başlayır. İndi Ermənistan böhran vəziyyətindədir. O, əsas siyasi partiyanın rəhbərini həbs edir. O, mənim müxtəlif dövrlərdə danışıqlar üzərində çalışdığım iki sabiq prezidentə qarşı cinayət araşdırmasına başlayır. O, tamamilə despotik bir rejim yaradır və danışıqları məhv edir və biz nə etməliyik?”. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müsahibəsində onuda bildirib ki, N. Paşinyan azərbaycanlılara qarşı təhqiramiz bəyanatlar verir, o, təhrikedici addımlar atır və vasitəçilərin özlərini, yumşaq desək, bu qəribə davranış çox çaşdırmışdır: “O, danışıqlar prosesini məhv edir. Ona görə mən hesab edirəm ki, danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri “Qarabağ Ermənistan deyil” deməlidir, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik”.
Ermənistan güclü və qüdrətli Azərbaycan ordusunun qarşısında məğlub olacaq
Bir sözlə, Ermənistan güclü və qüdrətli Azərbaycan ordusunun qarşısında məğlub olduqca, dünyadakı havadarlarına daha çox yalvar-yaxar edir. Həmdə, Azərbaycanın uğurlarına kölgə salmaq üçün müxtəlif yalanlar uydurur. Bildirir ki, Türkiyə Azərbaycana silah-sursat və canlı qüvvə baxımından yardım göstərir. Söz yox ki, Türkiy-Azərbaycan dost, qardaş ölkələrdir və hər zaman bir-birinə arxa, dayaqdırlar. İşğal altında olan Dağlıq Qarabağ məsələsində Türkiyə Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında bildirib ki, Türkiyə olaraq, özümüzü "iki dövlət, tək millət" olaraq gördüyümüz azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və bütün qəlbimizlə dəstəkləməyə davam edəcəyik: “Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından çıxmasından keçir. Azərbaycanlı qardaşlarımızın işğal altındakı ərazilərini azad etmə məsələsində yanlarında olduğumuzu bir daha qeyd edirəm. Xüsusilə Minsk üçlüyü deyilən ABŞ, Fransa və Rusiya 30 ildir bu problemi gözardı etdikləri üçün bu günlərə yansıyan bu vəziyyətlə bağlı atəşkəs çağırışı etmələri hər şeydən öncə qəbuledilməzdir. Bir şeymi istənilir, onda işğalçıların bu torpaqlardan çıxmaları lazımdır ki, burada bir nəticə əldə olunsun”.
Görünən odur ki, Ermənistan hər cür alçaq hiylələrə və məkrli vasitələrə əl atsada cəbhədəki, uğursuzluqdan qurtula bilməyəcək. Azərbaycanın qalibiyyət bayrağı Şuşada, Ağdamda, Füzulidə, Xocalıda, Xankəndində, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda dalğalanacaq. Hazırki, məqamda müzəffər Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur. Azərbaycan Baş Prokurorluğu tərəfindən yayılan məlumata əsasən, 27 sentyabrdan, döyüş əməliyyatlarının başlamasından bu günə qədər, Ermənistan tərəfindən həyata keçirilən hücumlar nəticəsində 41 mülki vətəndaş həlak olub, 205 vətəndaş xəsarət alıb. İnfrastruktura gəldikdə, 146 mülki bina, 57 çoxmərtəbəli korpus, 1 165 ev zədələnib. Oktyayabrın 11-də Moskvada hümanitar atəşkəs razılaşması əldə olunduqdan sonra terrorçu Ermənistanın Gəncə şəhərindəki çoxmənzilli binaya raket atması nəticəsində 10 nəfər həyatını itirmiş, 34 nəfər yaralanmışdır. “Gəncə şəhəri bombardman edilmişdir. Şəhər “Toçka-U” raketləri ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır”. Bu sözləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində söyləyib.Dövlətimizin başçısı deyib ki, dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər: “Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi”.
Bir sözlə, Ermənistan rəhbərliyi, xüsusilə də, baş nazir Nikol Paşinyan və onun terrorçu əqidə dostları yaramaz və şərəfsiz siyasətləri ilə erməniləri məhvə sürükləyirlər. Təbii ki, ermənilər ayağa qalxıb, bu küçə adamı olan Paşinyanı hakimiyyətdən silib, atmasalar onları çox böyük fəlakət gözləyir. Çünki, Dağlıq Qarabağda artıq mülki vətəndaşlar qalmayıb, əsgərlərdə kütləvi şəkildə gəbərirlər. Bütün bunlar Ermənistanın gənc nəslinin tamamilə sıradan çıxması və ölkənin iqtisadi cəhətdən çökməsi deməkdir. Nəzərə almaq lazımdır ki, müharibə hər gün milyonlarla dollar xərc deməkdir. Başqa dövlətlərin ianəsi hesabına dolanan yoxsul Ermənistan üçün bu iqtisadi tənəzzül deməkdir. Bu baxımdan Ermənistan Dağlıq Qarabğda acı məğlubiyyətlə üzləşmıəklə yanaşı, qondarma və yalançı dövlət müstəqlliyindən də məhrum olacaq.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB