Ermənilər aldadılır, həqiqətlər gizlədilir

Ermənilər aldadılır, həqiqətlər gizlədilir

Qarabağla bağlı Ermənistan Müdafiə Nazirliyi növbəti dezinformasiya yayıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Artsurun Ovannisyan jurnalistlərə açıqlama verərək, guya Talış kəndinin ermənilərin nəzarətində olduğunu açıqlayıb. Talış kəndinin erməni nəzarətində olması ilə bağlı heç bir fakt təqdim edə bilməyən Ovannisyan həmçinin Azərbaycan tərəfinin Talış kəndi ilə bağlı yaydığı videonun guya köhnə olduğunu iddia edib.

Xatırladaq ki, ötən gün Azərbaycan jurnalistləri Talış kəndini ziyarət edərək videoreportaj hazırlayıb və yayıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə