Paşinyanın Gürcüstana qarşı açıq təxribatı: ermənilər gürcüləri təhqir edir! TƏRS BAXIŞ + FAKT
Armenianreport: “Gürcüstan özünü Ermənistana və “artsaxa” qarşı açıq şəkildə xəyanətkarcasına və alçaqcasına aparır...Gürcülərin naturası budur, onlar böyük hesabla qorxaq və alçaq xalqdırlar”
Bugünlərdə Ermənistanın baş nazir Nikol Paşinyan sosial şəbəkədə bilavasitə Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik etməklə açıq-aşkar təxribat əməli törədib. SİA xəbər verir ki, həmin məsələ ermənilərin armenianreport saytında da etiraf olunub, amma ermənilərə xas olan sırf həyasızlıq nümunəsi ilə. Sözügedən məsələni bir az da dəqiqləşdirmək üçün dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, düşmənin işğalçılıq və dövlət terroru siyasətinə dəstək məqsədi ilə Gürcüstanın Axalkalaki bölgəsində məskunlaşan ermənilər növbəti mitinq keçiriblər. Bu həmin ermənilərdir ki, bir müddət əvvəl Gürcüstandan Ermənistana qanunsuz yolla keçməklə, Qarabağ cəbhəsində Azərbaycana qarşı döyüşmək tələbini irəli sürürdülər. Lakin gürcü sərhədçiləri onları sərhəddən buraxmayaraq, bunun qanunsuz olduğunu qarşı tərəfin nəzərinə çatdırmışdılar. Buna da qane olmayan və özlərini “cavax” erməniləri adlandıran separatçılar dərhal hay-həşir salmaqla etiraz aksiyaları keçirərək, Gürcüstana qarşı sözün əsl mənasında ağ olmuşdular. Bu öz yerində...
İndi həmin Nikol Paşinyan ermənilərin mitinqlərinin şəkillərini sosial şəbəkədə paylaşmaqla yanaşı, ermənilərin yaşadıqları və rəsmi toponimi Axalkalaki olan ərazini qeyri-rəsmi, yəni separatçılıq məqsədi daşıyan “Cavaxetiya” kimi göstərib. Üstəlik, həmin adı mitinq şəklinin üzərinə yazıb!
Siyasi fahişəlik nümunəsi: “Nikol Paşinyan Cavax fotosuna başqa necə qeyd etməliydi? O San-Fransisko, Maresl, ya da Kasnodar vilayəti yazmalıydı?”
Əlbəttə ki, belə bir həyasızlıq gürcülərin diqqətindən yayınmayıb və seqmentləri Nikol Paşinyanı bu kimi yanlış addım atmağına görə ittiham ediblər. Nəticədə gürcü tərəfinin haqlı narazılığı da ermənilərin ağızlarını bağlamayıb və onlar kifayət qədər mənsub olduqları həyasızlıqlarını daha izafi şəkildə sərgiləyiblər.
Məsələn, ermənilər özlərinə məxsus olan xəyanətkarlıq və satqınçılıq xislətini bir kənara qoyub, gürcüləri bunda günahlandırıblar. Təkcə armenianreport-un bu frazasına diqqət yetirək. SİTAT: “Gürcüstanda hiddətə gəlmək üçün formal bəhanə tapıblar. Halbuki bu ölkənin ənənəvi olaraq sakit və rəhbərliyi daxil olmadan. Hansı ki, qonşu olmasına rəğmən, özünü Ermənistana və “Artsaxa” (Qarabağa-R.R.) qarşı açıq şəkildə xəyanətkarcasına və alçaqcasına aparır. Gürcülər Ermənistanın baş naziri Nikol Paşinyanın özünün rəsmi Facebook səhifəsində paylaşdığı şəkildən hiddədləniblər. Söhbət şəkildə “Cavax” ifadəsindən gedir. Və nədir? Problem nədədir? Baş nazir sosial şəbəkədə foto paylaşıb. O, buna görə gürcülərdən icazə almalı idi? Nikol Paşinyan Cavax fotosuna başqa necə qeyd etməliydi? O San-Fransisko, Maresl, ya da Kasnodar vilayəti yazmalıydı? Deyəsən qonşuların başı tamamən gedib...”
Daha bir həyazıslıq: “Axı onlar bilirlər ki, Cavax tarixən kimə məxsus olub. Onlar bilirlər ki, tarixlər boyu orada ermənilər yaşayıb və yaşayır. Onlar hətta onu da bilirlər ki, Gürcüstanın digər əraziləri paytaxt Tbilisi də daxil olmaqla tarixi erməni şəhərləridirlər”
Bax, məsələ də budur! Budur aşkar erməni həyasızlığı və budur erməni xislətində formalaşmış dəhşətli təkəbbürçülük! Hələ bu harasıdır? Gəlin-görün ermənilər Paşinyanın təxribatçı şəkil paylaşımından sonra daha necə artıqgəlmişlik edir, üstəlik, Axalkalakinin adını necə “Cavaxetiya” olduğunu iddia edirlər, hətta zorla gürcülərin boyunlarına qoyurlar!
SİTAT: “Axı onlar bilirlər ki, Cavax tarixən kimə məxsus olub. Onlar bilirlər ki, tarixlər boyu orada ermənilər yaşayıb və yaşayır. Onlar hətta onu da bilirlər ki, Gürcüstanın digər əraziləri paytaxt Tbilisi də daxil olmaqla tarixi erməni şəhərləridirlər. Ancaq onlar hiddət görüntüsü yaymağa davam edirlər...”
Beləliklə, gürcüləri hədəfə alan armenianreport həyasızcasına iddialarını davam etdirir və gürcü xalqını təhqirə məruz qoyur. SİTAT: “Gürcülərin naturası budur, onlar böyük hesabla qorxaq və açlaq xalqdırlar. Sübut etməyə çalışırlar ki, ruslara Cənubi Osetiya müharibəsini qəhrəmancasına uduzublar. Ancaq reallıq budur ki, hər şey gürcü ordusunun zəifliyində və qorxaqlığındadır...”
Erməni müəllif ABŞ, Fransa, Rusiya siyasətçilətinə də təsir göstərməklə Cavaxetiyaya dəstək ala biləcəklərini yazır...
Armenianreport bu məsələdə Azərbaycana qarşı da dil uzatmağı unutmayıb və şərəfsizcəsinə, alçaqcasına iddia edib ki, demə erməni döyüşçüsündə “tükənməz ruh” varıymış və guya onlar istənilən orduya qarşı “qalib” olurlarmış-filan...
Erməni müəllif Gürcüstanın pandemiyaya görə turizmdən yararlana bilməməsini siyasi fahişə çığılığı ilə bölüşür, üstəlik iddia edir ki, ermənilər Gürcüstanın üzləşdiyi iqtisadi çətinlikdən yararlanaraq bu ölkəyə təzyiq (???!!!) də edə bilərlər.
Nəticədə armenianreportun siyasi fahişəliyə imza atan müəllifi erməniləri Gürcüstanı ziyarət etməməyə, gürcü mallarını almamağa çağırır, belə bir addımı hər bir erməninin erməniçilik üçün şəxsi dəstəyi kimi adlandırır. Üstəlik, bu yolla Axalkalaki ermənilərinin “Cavaxetiya”nın azadlıq əldə edəcəyini də iddia edir.
Sonda gürcü tərəfinə “siyasi güc” nümayiş etdirməyi tövsiyə edən erməni müəllif ABŞ, Fransa, Rusiya siyasətçilətinə də təsir göstərməklə Cavaxetiyaya dəstək ala biləcəklərini yazır...
Bax, belə... Dünya isə həyasızlıq, fahişəlik, riyakarlıq nümayiş etdirən erməni xislətinə susmaqda davam edir və nəinki susur, üstəlik, ermənilərə humanitar yardımlar vasitəsi ilə silah da satır...
Rövşən RƏSULOV
P.S. Məqalənin armenianreport saytındakı versiyasını rus dilində aşağıdakı linkdən oxuya bilərsiniz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB