Paşinyanın rəsmi "Facebook" səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində hiddətlə qarşılanıb. SİA xəbər verir ki, paylaşımda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb.
Fotonun üzərində aksiyanın keçirildiyi yer olaraq "Javakhk" ("Cavakx") yazılıb. Erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini belə adlandırırlar, bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.
N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirib, "Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir", "Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi?", "Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq" və s. bu kimi şərhlər yazıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB