Atəşkəsin müddəti göstərilməyib - Nazir

Atəşkəsin müddəti göstərilməyib - Nazir

"Atəşkəsin müddəti göstərilməyib". SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib.

"Proses Qırmızı Xaç tərəfindən həyata keçiriləcək. Həlak olmuş hərbçilərin kənara çıxarılması, əsirlərin dəyişdirilməsi və.s nə qədər müddət alması barədə Qırmızı Xaç Komitəsi daha dəqiq məlumat verə bilər. Ermənistan tərəfindən ilk dəfə deyil ki, götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Atəşkəsdən bir neçə saat keçib, gəlin sonrakı saatları gözləyək, daha sonra proqnozlar verməyə çalışaq Hərbi əməliyyatların aparılmasının özünəməxsus qayda-qanunları var. Biz bunlara əməl etməliyik. Əməl etməyən tərəf Ermənistan daha sonra bunun cavabını vermək məcburiyyətində olacaq", deyə C.Bayramov bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə