Koronavirusa yoluxma kəskin artıb Ermənistanda

Koronavirusa yoluxma kəskin artıb Ermənistanda

Ermənistanda koronavirusa yoluxanların sayı 649 nəfər artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, virusa yoluxma səbəbi ilə son sutka ərzində işğalçı ölkədə 6 nəfər ölüb.

Məlumatda qeyd olunur ki, Ermənistanda 10 oktyabr tarixinə koronavirusa yoluxanların sayı kəskin artaraq 55736 nəfərə çatıb. Həmçinin bildirilir ki, ölənlərin ümumi sayı da artaraq 1319 nəfərə çatıb.
Hazırda 8246 nəfər koronavirus xəstəsinin olduğu qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə