"Ermənistan danışıqlar yolu ilə əraziləri boşaltmayacaq" ÖZƏL-RƏY
"Moskvada humanitar məqsədlər üçün atəskəsin əldə edilməsi, əsasən Moskva-Ankara arasında danışıqların nəticəsidir və bu missiya üçün M.Çavuşoğlu Azərbaycana gəlmişdi. Ermənistanın güc yığıb hücuma keçməsi aksiomadır. Bu, növbəti hərbi eskalasiyaya gətirib çıxarar və artıq əvvəlki vaxt deyil ki, Yerevan manipulyasiya etsin". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Azərbaycan diktə edən tərəfdir: "Moskvada Ermənistan üzərinə öhdəlik götürüb. Əgər bu ödəlik qəbul edilməsə, müharibə yenidən başlaya bilər. Ermənistan rəhbərliyi çalışacaq yenidən manipulyasiya etsin. Təbii ki, indiki mərhələdə Ağdərə, Ağdam, Zəngilan tam götürülüb atəşkəsə gedilərdi. Qeyd edim ki, Fransa vasitəçi olaraq Yerevandan əraziləri boşaltmamaq üçün dəstək verəcək. Situasiya gərgindir. Buna baxmayaraq, Azərbaycan-Turkiyə tandemi masada var. Azərbaycan və Türkiyə Rusiyadan tələb edəcək ki, ərazilər boşaldılsın. Artıq Paşinyan tam Putinə tabedir. Moskva Ermənistanın əvəzindən danışır. Azərbaycan XİN rəhbərliyi ictimaiyyətə uzun müddətli, yaxud humanitar atəşkəs barədə məlumat verməlidir. Burada Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, "qrafik üzrə" Ermənistan rəhbərliyi ordusunu ərazilərdən cıxarması razılaşdirilibmı?! Bu, təklifin razılaşdırılması, masada varsa deyilsin. Əgər Ermənistan "təqvim üzrə" təklifi qəbul etməyibsə, əsasən (Rusiya qəbul etməlidir), əvvəlki formatın qəbul edilməsi bir qədər danışıqlarda vəziyyəti çətinləşdirə bilər. Hər halda indiki status-kvo dəyişilsə də, hələ ki, möhkəmləndirmək üçün humanitar atəşkəsdən sonra, növbəti rayonlar azad edilməlidir. Rusiya və Türkiyə Azərbaycan arasında bu məsələ müzakirə ediləcək. Ermənistanın burada mövqeyi həlledici deyil. Azərbaycan döyüşdə qalib tərəfdi. Bunu diplomatik müstəviyə keçirə bilməmişik. Rusiya imkan vermir. Türkiyə bu məsələdə həlledici olmalıdır. Ermənistan danışıqlar yolu ilə əraziləri boşaltmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB