Ermənistanın daxili qoşunlarının keçmiş komandanı, general Levon Yeranosyan Qarabağın işğal altında qalan ərazilərə gedərkən saxlanılıb. SİA xəbər verir ki, bu barədə erməni KİV-ləri yazır. Media qeyd edir ki, Yersonyan son bir neçə gündə Ermənistanda başladılan “xəyanət işləri” üzrə saxlanılıb. Maraqlıdır ki, erməni KİV-ləri əlavə heç nə yazmayıb.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan Qarabağda aldıqları ağır və sarsıdıcı məğlubiyyətləri üzərindəki məsuliyyətdən atmaq üçün erməni ordusunda “təxribatçı” və “satqınların” olduğunu iddia edib.
Eyni zamanda, ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Karamyan da məhz bu iddialar əsasında istefaya göndərilib. Bu isə sübut edir ki, işğalçı ölkədə xaos, təlaş davam edir, hərbi qulluqçular mövqelərini ataraq qaçır, fərarilik edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB