Cavabsız qalan suallar, manipulyasiyalar və daha nələr-nələr... - ŞƏRH ÖZƏL

Cavabsız qalan suallar, manipulyasiyalar və daha nələr-nələr... - ŞƏRH ÖZƏL

"Nikol Paşinyan yenidən sualdan yayındı, tutarlı faktlar gətirə bilmədi və pərt oldu. Ermənistanın baş naziri Nikol Paşinyan yenə də müsahibəsi zamanı gülünc vəziyyətə düşüb. Qeyd edək ki, Nikol Paşinyanın BBC-nin aparıcı İohan Fişerə dedikləri yenə də üst-üstə düşməyib. Əvvəlcə təxribatçı bəyanatlarını təkrarlayan baş nazir sonra Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduğunu deyib. Aparıcı isə Dağlıq Qarabağı və ona bitişik əraziləri işğal etdiyinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb, lakin Paşinyan faktı inkar edib, başqa sözlə Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin əməkdaşı İohan Fişerin sualları qarşısında aciz qalıb. Nikol Paşinyan “Qarabağ Ermənistanındır, oranın əhalisinin 80 faizdən çoxunu ermənilər təşkil edib. Problem ondan ibarətdir ki, Azərbaycan ermənilərin orada yaşamamasını istəyir. Buna görə də Dağlıq Qarabağa hücumlar edir” kimi təxribatçı bəyanatını təkrar edib. Maraq doğuran digər məsələ bundan ibarətdir ki, Ermənistan baş naziri elə bəyanatın ardından “biz güzəştə hazırıq” deyib". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Poltiloloq bildirib ki, jurnalistin “Hazırkı beynəlxalq qərarlarda Ermənistanın Dağlıq Qarabağı və ona bitişik əraziləri 25 ildən artıqdır ki işğal etdiyi deyilir: "Beynəlxalq qanunlar, BMT TŞ qətnamələri…” sualına cavabında isə Ermənistanın baş naziri Nikol Paşinyan deyib: “Təəssüf ki, çox adam onları oxumadan istinad edir. Orada Ermənistanın haranısa işğal etdiyi deyilmir”. Ardınca İ.Fişer isə bildirib: “Lakin orada qeyd olunur ki, Qarabağ Azərbaycana məxsusdur. Qətnamələrdə belə deyilir”. Paşinyan bu suala cavab vermir və “bu gün Qarabağda ermənilərin təhlükə ilə üz- üzə olmasından” danışır".

İ.Hüseynov qeyd edib ki, “Rusiya Prezidenti Putinlə son danışığınız zamanı Ermənistan ərazisinin vurulacağı təqdirdə İrəvanın Rusiyadan hərbi yardım görəcəyinə dair razılığa gəlmisiniz?” sualını da Paşinyan cavabsız qoyur və sual ətrafında manipulyasiya etməyə başlayır: "Xatırladaq ki, bir müddət əvvəl Nikol Paşinyan BBC-də yayımlanan “Hard Talk” verilişində özünü biyabır etmişdi və proqramın aparıcısı Stiven Sakurun çətin sualları qarşısında çıxılmaz vəziyyətə düşmüşdü".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə