Daxildən parçalanan erməni iqtidarı- Koçaryan qayıdır

Daxildən parçalanan erməni iqtidarı- Koçaryan qayıdır

Ermənistanda parlament seçkisi öncəsi yeni siyasi blokun yaradılması istiqamətində fəal addımlar atılır. SİA-nın "Qraparak" qəzetinə istinadən xəbər verir ki, bir neçə partiyanın iştirakı ilə yaradılması nəzərdə tutulmuş "Milli blok"un əsas məqsədi sabiq prezident Robert Köçəryanın siyasətə dönüşünü təmin etməkdir. Ekspertlər yeni blokun parlamentə düşmək şanslarının yüksək olacağını düşünürlər.

 

Belə ki, 2 gün əvvəl "Ararat" mehmanxanasında "İrs" partiyasından Stepan Safaryan, Xalq Partiyasından Tiqran Karapetyan, "Yeni zaman" partiyasından Aram Karapetyan, "Ramkavar-Azatakan" partiyasından Edik Antinyanın iştirakı ilə toplantı keçirilib. Onlar yeni blokun yaradılması və Köçəryanın bu yolla böyük siyasətə dönüşü haqda müzakirə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə