Ağır yaralı ermənilərin sayı yüzlərlədir: helikopterlər çatdırmır, qan qıtlığı yaşanır... FOTOLAR
Azərbaycan Ordusunun Qarabağda işğalçı Ermənistana qarşı zəfər yürüşü davam edir. Düşmən çoxsaylı canlı və hərbi-texniki itkilər verməkdədir. SİA xəbər verir ki, ermənilərin HetqTV sosial şəbəkə seqmenti Qarabağda ağır yaralanan erməni əsgərlərinin oradan Ermənistan ərazisinə helikopterlərlə daşınması görüntülərini yayıb. Görüntülərdən də aydın olur ki, hətta təcili yardım helikopterlərinin biri enməmiş, digəri Erebuni şəhərinin enmə meydançasına daxil olur. Bu fakt isə sübut edir ki, düşmənin canlı itkilərinin sayı yüzlərlədir.
Xatırladaq ki, erməni tərəfi kəskin qan çatışmazılığının da olduğunu etiraf edib və hətta könüllü şəkildə verilən qanlar da bu qıtlığı aradan qaldırmır. Fotoları təqdim edirik.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB