Ermənistanla Qarabağın arasındakı rabitəyə məhdudiyyət qoyuldu TƏLAŞ

Ermənistanla Qarabağın arasındakı rabitəyə məhdudiyyət qoyuldu TƏLAŞ

Ermənistanda və Qarabağın işğal altındakı ərazilərində bir sıra məhdudiyyətlərin tətbiqi barədə qərar verilib. SİA xəbər verir ki, bu barədə Armenianreport və Sputnik-Armeniya saytları yazır. Məhdudiyyətlərin artıq bu gündən - oktyabrın 2-dən, saat 14:00-dan etibarən qüvvəyə mindiyi bildirilir. Qeyd olunur ki, məhdudiyyətlər Qarabağın işğal altındakı ərazilərində və ermənilərə göndərilən yardımlarda da tətbiq ediləcək.

“Əsasən, Ermənistanla “Artsax” (Qarabağ-red.) arasında davamlı rabitənin saxlanılması üçün Ermənistandan “Artsaxa” (Qarabağa-red.) istiqamət alan şəxslərin avtobomil nəqliyyatları ilə girişinə qadağa qoyulacaq”, deyə məlumatda bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə