Koronaya yoluxmaya görə MDB üzrə ən pis göstərici Ermənistandadır
Son sutka ərzində Ermənistanda 532 nəfər koronavirusa yoluxub. SİA xəbər verir ki, bu barədə işğalçı ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamaya görə, bu ölkədə koronavirusa yoluxanların sayı 51382-yə çatıb.
Koronavirusdan ölənlərin sayı isə artıq 966 nəfərdir.
Xatırladaq ki, bu, əhali sayına görə yoluxma və ölüm faizinə görə MDB üzrə ən pis göstərici sayılır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB