Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: "Avropa İttifaqı Dağlıq Qarabağla əlaqələr qurmayacaq"

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: "Avropa İttifaqı Dağlıq Qarabağla əlaqələr qurmayacaq"

"Avropa İttifaqı beynəlxalq birlik tərəfindən qəbul olunmuş ölkə və təşkilatlarla əlaqələr qurur və əməkdaşlıq edir. Buna görə də Avropa İttifaqı Dağlıq Qarabağla əlaqələr qurmayacaq". SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia keçirdiyi mətbuat konfransında deyib. O təmsil etdiyi qurumun Azərbaycan və Ermənistanla əməkdaşlıq etdiyini deyib: "Bəzi mətbu orqanlarında Avropa İttifaqının guya Dağlıq Qarabağda öz ofisini açmağa hazırlaşması barədə gedən məlumatlar şayiədən başqa bir şey deyil. Belə bir ofis açıla bilməz, Avropa İttifaqı buna icazə verməz".

 

Səfir həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfər edəcəyini vurğulayıb. Belə ki, öncə iyunda Avropa İttifaqının Xarici Diplomatik Xidmətinin nümayəndəsi Miroslav Laşek Azərbaycana səfər edəcək. Səfirin sözlərinə görə, Laşekın səfərində məqsəd Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfərini hazırlamaq məqsədi daşıyır. O, qeyd edib ki, Ketrin Eştonun qrafiki çox sıx olduğuna görə Azərbaycana səfərinin dəqiq tarixi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə