Erməni həyasızlığının pik həddi: Gürcüstanı niyə hədəfə alıblar? ANALİTİK

Ermənilərin “Marşal Baqramyan” adlı alayları həm Abxaziyada, həm də Cənubi Osetiyada gürcü əhalisinə qarşı xüsusi amansızlığı və qətliamları, onların doğma yurd-yuvalarından didərgin salınmaları ilə seçilib

Son vaxtlar Ermənistan mediası və sosial şəbəkə seqmentləri Gürcüstanı “qorxaqlıqda”, “xəyanətdə” ittiham edərək, bu ölkəyə qarşı geniş miqyasda informasiya müharibəsi elan ediblər. Erməniləri narahat edən məsələ hələ iyul ayında – Tovuzda baş verən silahlı təxribatları zamanı gürcülərin öz ölkə ərazilərindən digər ölkələrdən göndərilmiş silah-sursatın keçirilməsinə izn verməməsindən başlayıb. Məhz həmin andan başlayaraq, artıq indi – Qarabağda işğal altındakı ərazilərimizin azad olunduğu bir zamanda da erməni həyasızlığı özünü tam çılpaq şəkildə sərgiləməkdədir. Bəli, məhz erməni həyasızlığı!

Erməniləri narahat edən məsələlərdən növbətisi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat səsləndirməsidir

Məsələ ondadır ki, bugünlərdə ermənilərin Armenianreport informasiya şəbəkəsində “Ənənənəvi gürcü süfrəsi: qorxaqlıq və xəyanət” sərlövhəli yazı dərc edilib. Həmin yazıda Gürcüstan tərəfi necə deyərlər, yersiz ittihamlara məruz qalıb, açıq-aşkar milli heysiyyata toxunulub və təhqirə məruz qalıb. Erməniləri narahat edən məsələlərdən növbətisi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat səsləndirməsidir. Xatırladaq ki, “Mənim mövqem kifayət qədər aydındır, o dövlət bütövlüyü prinsipinə əsaslanıb, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir. Bu regiondan qovulan hər kəs evinə dönməli və hüquqlarının qorunduğu əmin-amanlıq içində yaşamalıdır”, bəyanatını səsləndirən Gürcüstanın sabiq prezidentinin bu sözlərindən qeyzə gələn və aqressivləşən ermənilər, hətta hazırkı Gürcüstan hökumətinin onun hakimiyyətindəki zamandan fərqlənmədiyini yazırlar.

“Bütün hakimiyyətlərdə Gürcüstan Ermənistana düşmən münasibəti nümayiş etdirib”, deyə erməni həyasızlığının pik nöqtəsi də həmin yazıda özünü kifayət qədər əks etdirir. Saakaşvilinin Gürcüstanın üç Qafqaz respublikasının xalqları ilə dostluq münasibəti saxlamaq marağında olması fikrini isə ermənilər “yaltaqlıq” kimi qələmə veriblər.

O da maraqlıdır ki, uzun illərdir Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər indi həmin ərazini özünküləşdirərək, “cavax” adlandırır, hətta bir az da irəliyə gedərək, “Kiçik Ermənistan” adlandırırlar. Bu da azmış kimi, Saakaşvilini hakimiyyətdə olduğu vaxtlarda Bakının mövqeyindən çıxış etməklə Cavaxetiya ermənilərinə təzyiq etdiyini də iddia edirlər.

“Cavax” erməniləri Gürcüstan-Ermənistan sərhəd-keçid məntəqəsindən qeyri-qanuni keçməklə, Livan və Suriyadan Qarabağa toplaşmış ASALA terror qruplarına qoşulmaq istəyiblər

Lakin daha bir məqama diqqət yetirək. Ermənilər mövcud gürcü hakimiyyətini hədəfə alaraq, indi də bu iqtidara qarşı qarayaxma kampaniyası aparırlar. Misal üçün, Ermənistanın sentyabrın 27-dən başlayaraq, Qarabağda silahlı təxribatının ardınca Azərbaycan Ordusunun onlara verdiyi layiqli, sarsıdıcı cavabından sonra, məhz həmin “cavax” erməniləri Gürcüstan-Ermənistan sərhəd-keçid məntəqəsinə yığışıb qeyri-qanuni olaraq sərhədi keçməyə, Qarabağa yollanmağa, Livan və Suriyadan toplaşmış ASALA-ya aid terror qruplarına qoşulmağa cəhdlər göstəriblər. Söz yox ki, Gürcüstan sərhədçiləri onların qarşısını alıb və qeyri-qanuni keçidlərinə imkan verməyib. Bu isə necə deyərlər, ermənilərin xətirlərinə dəyib və gürcülərin onlara “düşmən münasibəti” sərgilədiklərini iddia etməyə başlayıblar.

Yeri gəlmişkən, bu, həmin “cavax” erməniləridirlər ki, bir müddət əvvəl öz ərazilərində Xocalıda və s. ərazilərimizdə azərbaycanlıları qətlə yetirən, əlləri qana bulaşan Mixail Avaqyana büst ucaldıblar. Ancaq...

Yaratdıqları səs-küylər həqiqətən də erməni xislətinin nə qədər həyasız, mənəviyyatsız və insanlığa yaraşmayan biri olduğunu kifayət qədər isbatlamaqdadır

Ancaq nədənsə ermənilər Gürcüstan torpaqlarının işğalında separatçı abxaz və cənubi osetin güclərinin tərkibində döyüşüblər. Üstəlik, ermənilərin “Marşal Baqramyan” adlı alayları həm Abxaziyada, həm də Cənubi Osetiyada gürcü əhalisinə qarşı xüsusi amansızlığı və qətliamları, onların doğma yurd-yuvalarından didərgin salınmaları ilə seçilib. Söz yox ki, Gürcüstan dövləti bu faktları unutmayıb və unutmayacaq da. Belə olan halda indi onların Gürcüstana qarşı qaldırdıqları səs-küyləri, hay-harayları, həqiqətən də, erməni xislətinin nə qədər həyasız, mənəviyyatsız və insanlığa yaraşmayan biri olduğunu kifayət qədər isbatlamaqdadır.

Ermənilər dəfələrlə Keşikçidağ məsələsində təxribatlara əl atıblar, xalqlarımız arasına nifaq salmağa çalışıblar

Daha bir misalı xatırlatmaq olar. Bu gün Azərbaycanla Gürcüstan arasında olan münasibətlərin yüksək səviyyədə qurulmasından narahat olan ermənilər dəfələrlə Keşikçidağ məsələsində təxribatlara əl atıblar, xalqlarımız arasına nifaq salmağa çalışıblar. Lakin Gürcüstan hökumətinin hadisələri doğru qiymətləndirməsi və dürüst nəticə çıxarmasından sonra təxribata yol verənlər müəyyənləşdi, onların içindən çox sayda ermənilər çıxdı. Bu fakt da sübut edir ki, indiki halda Gürcüstanı qorxaqlıqda, xəyanətdə ittiham edən erməni tərəfi, əslində, özünə məxsus olan bu meyarları daim başqalarının üzərinə atmağa cəhdlər göstərib. Bu gün haqlı mübarizəsi ilə işğalçı Ermənistana yerini göstərən, torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusu əldə etdiyi və edəcəyi qələbələri ilə, əslində, ermənilərin bu sindromlarını da kökündən yox edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə