Fransa şirkəti Mali üçün pasport istehsalından kənarlaşdırılıb

Malı hökuməti Fransanın IDEMIA şirkətini biometrik pasport istehsalından kənarlaşdırıb. SİA xəbər verir ki, yeni pasportların hazırlanması Çinin EMPTECH şirkətinə (Shenzhen Emperor Technology Co., Ltd.) həvalə edilib.

Rəsmi Bamako ilə fransız şirkəti arasında narazılıq 2023-cü ildə yaranıb. Həmin il şirkət milli pasport sistemindən bəzi məlumatları hökumətə verməkdən imtina etmişdi. Bu səbəbdən hökumət 2024-cü ilin əvvəlində keçirilməli olan seçkiləri təxirə saldığını iddia edir. Bundan sonra ölkə rəhbərliyi şəxsiyyəti təsdiq edən sənədlərlə bağlı milli suverenliyi təmin etmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə