Putin-Tramp görüşü üçün dərin və ciddi iş aparılır - Zaxarova

Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq üçün çox dərin və həqiqətən ciddi iş aparılır. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Putin və Tramp arasında əlaqə baş tutub və bunu prezident administrasiyası şərh edib. Cənab prezidentin köməkçisi Yuri Uşakov bu barədə çox ətraflı məlumat verib. Bu təmaslardan sonra Rusiya və Macarıstan xarici işlər nazirliklərinin rəhbərləri də tədbirə hazırlıq üçün bir araya gəliblər. Həmçinin diplomatik kanallar vasitəsilə müxtəlif səviyyələrdə iş aparılır. Bu, hazırda Rusiya diplomatları və bu səfəri, bu görüşü hazırlamaqla məşğul olanlar tərəfindən həyata keçirilən dərin və həqiqətən ciddi işin xülasəsidir", - diplomat bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə