“Sadəcə masada danışanda kar qulaqlara xitab etmiş olursunuz" - Mövlud Çavuşoğlu

“Sadəcə masada danışanda kar qulaqlara xitab etmiş olursunuz. Dolayısı ilə masada və meydanda irəliləmək daha effektiv olur”. SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğal olunmuş əraziləri Dağlıq Qarabağ və ətraf rayonlarında keçirdiyi hərbi əməliyyatlar barədə çıxışında bildirib.

Qarabağda problemin 30 ildir diplomatiya ilə həllinə qovuşmadığını xatırladan nazir qeyd edib ki, Ermənistan təxribatçı hücumları ilə beynəlxalq sistemi və hüquq normalarını heçə saydığını açıq-aşkatr göstərir: “Bunun bir cavabı olmalıdır. Problemin masada həllini istədik, amma olmadı. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir. Mübarizəni öz torpaqlarına aparır. Azərbaycan meydanda bunu həll etmək istəyirsə, biz hər imkanımızla onun yanında olacağıq. Azərbaycanın istəyi olarsa, lazımi tədbirləri görəcəyik”.

M.Çavuşoğlu qeyd edib ki, Ermənistan Yaxın Şərqdən gətirdiyi erməniləri qanunsuz formada işğal etdiyi torpaqlara yerləşdirir: “Bu əməliyyatlar Azərbaycanın üsyanıdır. 30 ildir 20 faiz torpaqlar işğal olunub və 1 milyondan çox insan yurdundan didərgin salınıb. Azərbaycan əxlaqi və hüquqi baxımdan da haqlıdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə