Paşinyanın "əsaslandırması" rus jurnalistlərində istehza doğurub SƏRSƏMLİK

Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı jurnalistlərlə söhbətində bildirib ki, ölkəsi Rusiya sülhməramlılarının Qarabağa daxil olmasının əleyhinədir. SİA xəbər verir ki, bu barədə Armenianreport yazır.

Maraqlıdır ki, bir tərəfdən dünya ölkələrinə yalvaran, eləcə də Rusiyanın prezidenti Vladimir Putinin ayaqlarına düşən Paşinyan erməni ordusunun Qarabağda aldığı ağır və sarsıdıcı məğlubiyyətlərinə baxmayaraq, hələ də sərsəm iddiasında qalaraq sözlərini “Ermənistanın təhlükəsizliyini öz gücü daxilində həll edə biləcəyi ilə” əsaslandırmağa çalışıb. Lakin onun bu cavabı rus jurnalistlərində istehza doğurub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə