Ermənilərdən daha bir həyasızlıq: BMT qarşısında KLOUNADA

Erməni həyasızlığının həddi-hüdudunun olmadığı növbəti dəfə ortaya çıxıb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə "Daşkanksyutun" partiyasının gənclər qolu BMT-nin İrəvandakı ofisi qarşısında etiraz aksiyası keçiriblər. Onlar beynəlxalq aləmin "ikili standartlardan" imtina eləməsini (?!) və Bakıya qarşı "dəqiq qiymətin" (??!!) verilməsini tələb ediblər. Ermənilər öz sərsəm tələblərini BMT-nin İrəvan ofisinə məktub vasitəsi ilə də çatdırıblar.

Erməni daşnakçılarının bu addımları isə sübut edir ki, onların həqiqətən də həyaları, normal düşüncələri mövcud deyil. Çünki "ikili standartlarda" ittiham etdikləri BMT 30 ildir ki, erməni işğalçılarını qanunsuz və çoxsaylı insan ölümləri üzərində zəbt edilən Azərbaycan ərazilərindən çıxmasını tələb edən dörd qətnamə çıxarıb və bu qətnamələrə əməl olunmayıb. Üstəlik, erməni aqressiyası bu gün də davam edir və Azərbaycan dövləti öz ərazilərində işğalçılarla müharibə edir, onların bu çirkin siyasətlərinin kökünü birdəfəlik kəsmək üçün müvafiq addımlar atır, tədbirlər görür. Belə olan halda ermənilərin BMT-nin İrəvandakı ofisi qarşısında siyasi klounada nümayiş etdirmələri məntiqsiz və gülünc görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə