"Ermənistan “S-300” zenit-raket komplekslərini Qarabağa gətirir" RƏSMİ

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hava məkanını müdafiə edən “S-300” zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir. SİA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır.

Bütün xəbərlər Facebook səhifəmizdə