Müdafiə sənayemizin bütün imkanları qardaş Azərbaycanın əmrindədir - Türkiyənin Müdafiə sənayesi naziri İsmail Demir

Müdafiə sənayemizin bütün imkanları qardaş Azərbaycanın əmrindədir. SİA-nın məlumatına görə, bunu Türkiyənin Müdafiə sənayesi naziri İsmail Demir qatıldığı televiziya verilişlərinin birində deyib.

Nazir Türkiyənin Azərbaycana olan dəstəyini bir daha vurğulayaraq Ermənistanın separatçı davranış sərgilədiyini və tamamilə haqsız olduğunu bildirib.

Türkiyənin bu məsələdəki mövqeyinin konkret olduğunu ifadə edən İ.Demir sözlərinə belə davam edib: “Hər anlamda, hər mövzuda onlarla bərabər olmaq iradəmiz göz qabağındadır. Digər tərəfdən, Ermənistan tamamilə haqsızdır. İki tərəf bərabər olsa belə, bir tərəfin təxribatçı olduğu açıq-aydındır. Türkiyənin nə imkanı varsa, qardaş Azərbaycanın yanındadır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə