Bəşər Əsəd Pan Gi Munu hövsələdən çıxarıb

Bəşər Əsəd Pan Gi Munu hövsələdən çıxarıb
Suriya höküməti nümayişlərin yatırılması üçün tanklar və zirehli maşınlardan istifadə etməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna ilk reaksiya BMT-dən gəlib. Belə ki, BMT baş katibi Pan Gi Mun isə Bəşər Əsədi kütləvi həbsləri dayandırmağa və nümayişçilərin islahatlar tələbini nəzərə almağa çağırıb. Qeyd edək ki, Suriya höküməti Homs şəhərində nümayişlərin yatırılması üçün tanklar və zirehli maşınlardan istifadə etməyə başlayıb. Homs şəhərinə daxil olan hərbçilər yaşayış rayonlarını atəşə tutublar

Bütün xəbərlər Facebook səhifəmizdə