Ermənilər panikada: cəbhədəki hadisələr Azərbaycanın xeyrinə inkişaf edir ANALİTİK+FOTO

Düşmən tərəfinin sosial şəbəkə seqmentləri ağır məğlubiyyətdən və itkilərdən yazırlar

İşğalçı Ermənistanın cəbhəboyu istiqamətdə törətdiyi növbəti genişmiqyaslı təxribatçı hücumları nəticəsində azərbaycanlı mülki şəxslərin yaralanması və həyatlarını itirməsi Azərbaycan Ordusunun dərhal hərəkətə keçməsinə, düşmənin müdafiə və hücum xətlərini məhv etməsinə səbəb olmaqdadır. Artıq rəsmi məlumatlardan da görünür ki, ermənilərə məxsus çoxsaylı hərbi-texnikaları və canlı qüvvələri, habelə mövqeləri itirilməkdədir.

Bu arada, istər Ermənistanın baş naziri Nikol Paşinyanın, istərsə də qondarma "dqr"in saxta "prezidenti" Araik Arutunyan panika içində olanları, eləcə də işğalçı ordudakı zabit və əsgər heyətinin fərarilik etməməsi üçün siyasi teatr tamaşaları qurub, "qəhrəmanlıq" nağılları qoşurlar. Ancaq fakt budur ki, ermənilərin sosial şəbəkə seqmentləri və müxtəlif informasiya mənbələri hadisələrin, məhz Azərbaycanın xeyrinə inkişaf etdiyini bildirirlər.

Erməni hərbi birləşmələri qəsdən öz mövqelərini mülki əhalinin yaşadığı ərazilərdə yerləşdirir

Bu arada məlum olub ki, ömrünün sonlarını yaşayan qondarma "dqr"də yaşları 18-dən yuxarı olan kişilər hərbi komissariatlara aparılaraq, heç bir təlim keçmədən cəbhə xəttinə aparılırlar. O cümlədən, Xankəndidə yerləşən hərbi məqsədli obyektlərdə hava həyəcanı siqnalları verilir. SİA xəbər verir ki, bu barədə Armenianreport yazır. "Bir çox sakinlər zirəmilərdədir", qeyd edən erməni portalı əhali arasında da çaşqınlığın yaşandığını yazır. Görünür, erməni tərəfi unudur ki, onlardan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qocaları, yaşlıları, qadın və uşaqları hədəfə almır. Lakin bununla yanaşı, dəfələrlə bəyan edilib ki, istənilən ağır nəticələrə görə məsuliyyəti işğalçı Ermənistan və onun marioneti - qondarma "dqr" rəhbərliyi daşıyır. Məhz Azərbaycanın Müdafiə Nazirliyi də rəsmi bəyanatında vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri Cenevrə konvensiyasına uyğun olaraq, mülki şəxsləri hədəfə almır və bəyanatında bu barədə geniş məlumat yayıb və xüsusilə qeyd edib ki, erməni hərbi birləşmələri qəsdən öz mövqelərini mülki əhalinin yaşadığı yerlərdə qurur, həbri obyektlərdən kənarda yerləşdirir.

Ermənilərin müdafiə naziri fərarilik edib?

Yeri gəlmişkən, artıq Ermənistan ictimaiyyəti müdafiə naziri David Tonoyanın hadisələrin cərəyan etdiyi bir vaxtda Bolqarıstanda olmasını onun qaçması ilə əlaqələndirirlər. Belə ki, bir müddət əvvəl Rusiyada hərbi təlimləri izləməyə gedən erməni nazir sonradan Bolqarıstana səfər edib. Maraqlıdır ki, yalnız Nikol Paşinyan sosial şəbəkələr və s. vasitəsi ilə müxtəlif sərsəm bəyanatlar səsləndirir və erməni ictimaiyyəti onun pafosundan hiddətlənir.

Erməni hakimiyyəti əlində olan son hərbi təchizatlarını Qarabağa doğru yönəldir

Daha bir diqqət çəkən məqam isə, Ermənistan hökumətinin panika içində olması ilə bağlı məlumatdır. Armenianreport yazır ki, yaxın saatlarda Ermənistanın təhlükəsizlik şurasının iclası keçiriləcək. Çox yəqin ki, Paşinyan xalqın narazı kütləsinin diqqətini artıq cəbhədə baş verən uğursuzluqlardan və məğlubiyyətlərdən də gizlətmək üçün bu addımı atır və indi də özünü "sərkərdə" qismində görür. Hökumətin hərbi vəziyyət elan edəcəyi də istisna olunmur və məlumdur ki, ölkədə səfərbərlik elan edilib. Əbəs deyil ki, indi erməni hakimiyyəti əlində olan son hərbi təchizatlarını Qarabağa doğru yönəldir. Adıçəkilən portal videokadr yayımlayaraq, "Smerç" zenit-raket kompleksinin cəbhə xəttinə istiqamət aldığını yayımlayıb. Onu da xatırladaq ki, Ermənistanın əsgər anaları cəmiyyəti növbəti dəfə Paşinyanı təxribatlardan əl çəkməyə, övladlarını ölümün ağuşuna atmamağa çağırıblar. Amma ermənilərin rəhbəri göründüyü kimi, öz siyasi məhvini daha da sürətləndirməkdədir...

Linkə tıklamaqla həmin məlumata baxa bilərsiniz:

https://armenianreport.com/ru/pubs/258987/

Beləliklə, fakt budur ki, artıq işğalçı rejimin sonu çatıb və onların bundan sonrakı istənilən təxribatçı addımına qarşı kifayət qədər güclü, sarsıdıcı zərbələr endiriləcək və endirilməkdədir.

Ali Baş Komandan xalqa müraciət etdi – Qarabağ Azərbaycanındır!

Lakin son olaraq qeyd etməliyik ki, Azərbaycan xalqına müraciət edən Prezident, Ali Baş Komandan cənab İlham Əiyev işğalçılara dəfələrlə xəbərdarlıqlar edildiyini, işğalçılıq siyasətlərindən əl çəkmələrinin tələb edildiyini də xatırladıb. Ancaq düşmən bu tələblərə etina göstərməyib, əksinə, daha da azğınlaşıb, quduzlaşıb. Ona görə də indi söz Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Azərbaycan Ordusunundur.

Dövlətimizin başçısı xalqa müraciətində də vurğulayıb ki, bizim Ermənistan ərazisində hədəflərimiz yoxdur. İyul hadisələrini xatırladan ölkə rəhbərimiz müraciəti zamanı xatırladıb: "Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və onlar bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, əgər bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisində hərbi döyüşlər keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəfimiz yoxdur..."

Prezident İlham Əliyev müraciəti zamanında hazırda baş verən hadisələrə münasibətini bildirərkən vurğulayıb ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb.

Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və Qarabağ Azərbaycanındır!

Son olaraq isə qeyd edək ki, ermənilərin sosial şəbəkə seqmentlərində öldürülən erməni hərbçilərin fotoları da paylaşılmağa başlanıb. Erməni teleqram kanalları Qarabağda gedən döyüşlərdəki canlı itkiləri barədə məlumatlarını intensivləşdiriblər. Hazırda Ermənistanın müdafiə nazirliyi çoxsaylı canlı və texniki itkilərini gizlətməyə çalışsalar da, faktlar ictimailəşdirilir.

QƏLƏBƏ AZƏRBAYCANINDIR!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...