Ceyhun Bayramov Yunanıstanın Azərbaycandakı səfirini qəbul edib

Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosu qəbul edib. Xarici İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Hər iki tərəf ikitərəfli münasibətlərə böyük əhəmiyyət verdiklərini və bu əlaqələri hər iki ölkənin qarşılıqlı mənfəəti naminə bütün sahələrdə daha da inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər. Xüsusilə də Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq potensialından tam istifadə olunmasının vacibliyi vurğulanıb.

Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə