Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

Ermənistanda koronavirusa yoluxanların sayı 210 nəfər artı. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, sutka ərzində 8 nəfər bu xəstəlik səbəbindən ölüb.

Məlumatda qeyd olunur ki, 23 sentyabr tarixinə Ermənistanda koronavirus virusuna yoluxanların kəskin artaraq 47 877 nəfərə çatıb.

Həmçinin bildirilir ki, ölənlərin ümumi sayı 1234 nəfərə çatıb. Hal-hazırda bu xəstəliyə yolixan 3617 nəfər xəstəxanalarda yerləşdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə