"Ermənistanın təcavüzkar siyasəti ifşa olundu" İlqar İlyasov

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Prezident İlham Əliyev həm dünya ictimaiyyətinə, həm də ermənilərə Paşinyanın “iç üzünü” göstərdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Abşeron” yatağınının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli telekanallara müsahibəsində bir sıra məqamlara toxunub. Ölkə başçısının müsahibəsindəki yeni və fərqli nüanslara beynəlxalq vasitəçilərin, eləcə də dünyanın müxtəlif məkanlarında baş verən müharibələrdə özünü sülhün carçısı hesab edənlərin daha ciddi baxmasına indi hərzamankından daha çox ehtiyac var. Bu gün Ermənistanın təcavüzkar siyasət kursunu davam etdirməsi region üçün ən təhlükəli həddə çatıb. Azərbaycan Prezidentinin yerli telekanalllara verdiyi açıqlamada ən diqqət çəkən məqamlardan biri Paşinyan hakimiyyətinin qeyri-rəsmi kanallarla, müsbət siqnallar göndərmiş, daha sonra Düşənbə görüşündə sülh prosesi üçün vaxt verilməsini, atəşkəs rejiminin daha da möhkəmləndirilməsini birbaşa xahiş etmişdi. Bu gün həmin vasitəçilərə ən kəskin, ən qəti sözləri deməyə əsaslar var. Prezident müsahibədə qəti olaraq bildirib ki, ermənilər öz çirkin planlarından əl çəkməsələr nəticələr ağır olacaq: “Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.”

Artıq məlumdur ki, Tovuzda aldığı ağır zərbədən sonra təcavüzkar davranışlarından əl çəkmək istəmir. Cəbhə bölgəsində müxtəlif diversiya xarakterli təxribatlara cəhd göstərir. İşğal olunmuş bölgələrdə hərbi qüvvələrini artırmaqla yanaşı atəşkəs rejimini mütəmadi olaraq pozur. Çox qəribədi ki, bütün bunlar vasitəçilik missiyasını öz üzrəinə götürən ATƏT Minsk Qrupu həmsədrlərinin gözlərin önündə baş versədə, sanki həmsədrlər bu hadisələrdən xəbərsizdirlər. Burada bir məqamı diqqətə çatdırmaq lazımdır ki, bir zamanlar Ermənistanın hazırki hökuməti üçün Azərbaycan Prezidentinə xahişə gələnlər indi yəqin ki, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi vəziyyəti görüb müharibə ritorikasının Paşinyanın hakimiyyətdə qalması üçün yeganə vasitə olduğunu fikirləşirlər. Həm də onlar münaqişənin ədalətli həllində maraqlı deyillər. Əks halda işğalçı Ermənistan bu dərəcədə həyasızlıq etməzdi.

Yerli telekanallara son müsahibəsində Möhtərəm Prezidentimiz Ermənistan hakimiyyətinə və xalqına mesajını çox açıq şəkildə çatdırdı. “Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bundan sonra düşünə bilən Ermənistan vətəndaşı Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağını düşünməli və Qarabağın işğaldan azad edilməsini öz dövlət rəhbərlərindən tələb etməlidir. Əks halda “qordi düyünü”nə çevrilmiş Qarabağ probleminin bir həll yolu var, müharibə. Bu müharibəni isə Ali Baş komandanının ətrafında sıx birləşmiş Azərbaycan xalqı qazanacaq. Bunu Tovuz hadisələrindən sonra vətəndaşların həmrəylik yürüşü, eləcə də son günlərdə hərbi təlimlərə cəlb edilən hərbi mükələfiyyətlilərin çağırış məntəqələrinə bir nəfər kimi yollanması bir daha sübut etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə