Vətəni, milləti satanlar nə haqla vətənpərvərlikdən dəm vurur?

Yaxud Vidadi İskəndərli kimi bir satqının, dil “pəhləvanının” xalqın orduya, dövlətə dəstək yürüş-mitinqindən yararlanmaq istəməsi təəccüb də doğurmur

Ömər Xəyyama görə, “İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar”'. Səbəb aydındır. Satqın zehniyyəti nədən qaynaqlanır? Əlbəttə, maliyyə-pul arqumenti? Satqın yalnız məntiqləmi düşünür? - suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə doğrudan da varlanmaq üçün xəyanətinə əvəz olaraq pula satılır. Məhz buna görə - xəyanətin qiyməti “yüksəkdir”. Satqın üçün hər şey - satlıq maldır, Vidadi İskəndərli kimilər üçün. Bu günlərdə bu satqın V.İskəndərli sosial şəbəkələrdə çağırış edərək bildirir ki, “bu gün sizin qarşınızda xalqınızın əsgəridir, qulaq asın mənim sözümə”. Bu V.İskəndərli başlayıb “Vətən müharibəsindən dərs deməyə”. “Azərbaycan Bayrağını hər yerdə asacağıq” deyən bu satqın hansı haqla qeyrətimiz, namusumuz, olan Bayrağımızdan danışır? Özünü “xalqın əsgəri” adlanıdırmağa haqqı varmı?. İblis xislətli V.İskəndərli kimilərin “ayılın, ayağa qalxın, qanınız axıdılana qədər qeyrətiniz olsun irəli gedin, meydanlara çıxın, qoy görsünlər ki, bizim kimi xalqın oğulları var”. Bu qədər səviyyəsiz, rəzil, mənəviyyatsızlıq olarmı? Doğrudan da, düşməni başqa yerdə axtarmaq lazım deyil. Təəccüblü deyil... Çünki satqın və istifadə olunanların anladıqları budur. Belə bir deyim var: «xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır». Lakin nə Vidadi İskəndərli, nə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid və bu kimiləri üçün isə, xəyanət etmək ən adi bir məsələdir. Belələrindən bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür. Yenə də vurğulayıram ki, əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Hakimiyyətin uğurlarını «müxalifətin qələbəsi» kimi zorla xalqa sırımaq yalnız bu siyasi satqın və istifadə olunan Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmaqızı, Vidadi İskəndərli, Qənimət Zahid …kimilərin canındadır, qanındadır. Elə bədbəxtlik də bundadır. Onların Bayrağımızın adını çəkməyə haqları yoxdur!.Çünk Bayrağımız, qeyrətimiz, mənliyimiz, namusumuzdur!

“Vətən”, “Bayraq”, “millət”, “xalq” deyənlər bir geriyə baxsınlar…

Amma təəssüf ki, onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları, sonra isə Avropaya qaçıb 10-15 qranta Vətənə, xalqa, dövlətə qarşı erməniyə nökərçilik etmələri və digər günahları onların gözünə görünə bilər. Ancaq inanmıram, çünkü kor olan gözlər bugünkü realllıqları görə bilməzlər. Bir faktı xatırlıtmaq istərdim - 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: “RÜŞVƏT ALANDA MİLYONLARLA DOLLAR ALIRSINIZ. ALIRSAN, HEÇ OLMASA YÜZ MİNLƏRLƏ AL, BEŞ MANAT AL, İNSAFLA AL. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...”. Və bu gün sosial şəbəkələrdə Vətənini, torpağını satıb-satılan Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmaqızı, Arif Məmmədov, Qənimət Zahid kimilər ölkədə qan tökülməsinə çalışaraq belə bir çağırışlar etməklə xalqın hiddətinə səbəb olurlar. Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: “Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir”.

Bu gün sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi “siyasi mübarizə” adlandıraraq özlərini “əsl müxalifətçi” hesab edirlərsə, o zaman susmaq haraya qədər? Belə bir məqamda susmaq yox!

Vidadi İskəndərli kimi satqının “mən xalqımın əsgəriyəm” deməyə nə haqqı?!

Bu gün Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi məxluqların “Azərbaycan əsgəri" adından danışmağa nə haqqı?

Azərbaycan əsgəri! Bu adi deyilmiş söz deyil, iftixarla, böyük bir qürurla fəxr ediləsi sözdür! Bu sözdə qalibiyyət, zəfər var - yurdumuzu, torpağımızı qoruyan, Azərbaycan əsgəri! Tarix boyu sənin adın hər yerdə hörmətlə, izzətlə çəkilib, bundan sonra da çəkiləcək. Çünki bu gün xalqımız sənə müqəddəs və şərəfli vəzifələr tapşırıb, Vətənin, yurdun sədaqətli, mətanətli keşikçisisən –Azərbaycan əsgəri!

Yetər bu qədər, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi məxluqların “Azərbaycan əsgəri” adından danışmağa! Yetər bu qədər iftira dediniz! Cəmiyyət sizlərə aşırı nifrət edir, yaxın zamanlarda əlahəzrət qanun qarşısında cavab verəcəkləriniz günü səbirsizliklə gözləyir! Xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə