"Sosial şəbəkə iştirakçıları diqqətli olmalıdırlar" ÖZƏL-MÜNASİBƏT

“Müşahidələrimiz onu deməyə əsas verir ki, ermənilər hər iki cəbhədə eyni vaxtda fəallaşırlar. Ordu cəbhədə təxribat törədən kimi sosial şəbəkələrdəki adamlar da fəallaşmağa başlayırlar. Bəzən sosial şəbəkələrdəki ermənilərin üzərinə daha ağır yük düşür, onlar təcavüzkar ordunun təxribatlarına haqq qazandırmalı olurlar. Yalan danışmaq, ağa qara demək, faktları təhrif etmək erməni təbliğatının əsasını təşkil edir”. Bunu SİA-ya Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr fəallaşmağa başlayandan sonra ermənilər bu platformada daha çox görünməyə başlayıblar: “Ermənilərin sosial şəbəkələrin Azərbaycan seqmentinə ayaq açması yenilik deyil. Onlar çoxdandır ad-soyadımızı mənimsəyərək, soail şəbəkələrdə təxribat törətməklə məşğuldurlar. Bu, isə o deməkdir ki, hər bir sosial şəbəkə iştirakçısı diqqətli olmalıdır. Erməni yalanlarına inanmağa, yaxud onları tirajlamağa ixtiyarımız yoxdur. Ermənilər nankor millətdirlər. Onlar öz məqsədlərinə çatmaq üçün nəinki ad-soyadlarından, hətta doğmaca dədələrindən imtina etməyə hazırdırlar. Ayıq-sayıq olmaq zamanıdır. Düşmən mətbəxtində hazırlanmış heç bir yalanın ayaq tutub yeriməsinə vəsilə olmamalıyıq. Biz ermənini cümlə quruluşundan, yazdığı sözdən, hətta bircə hərfindən tanımağa məhkumuq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...