"Kazam", "Sam-sam", "Telekom", "Dədə qorduq" xalqdırmı? FOTOFAKT

Feyk xəbərlərinə trollarını da qatan AXCP sədri bu dəfə də özünü "yandırıb"

AXCP sədri Əli Kərimli "facebook" səhfəsində Tofiq Yaqublunu aclığı ətrafında süni ajiotaj yaratmağa cəhd göstərir. SİA xəbər verir ki, bu məsələdə uduzduğunun fərqinə varan cəbhəçi sədr guya sosial şəbəkədə "mitinq" keçirdiyi götüntüsünü nümayiş etdirir, amma fakt budur ki, ona "dəstək" göstərənlərin hər biri saxta profillərdir və əksəriyyətini də özü idarə edir. O cümlədən, feyk xəbərlərinə trollarını da qatan AXCP sədri bu dəfə də özünü "yandırıb".

Məlum olub ki, beş-on nəfərlik tərəfdarlarını "həvəsləndirmək" üçün saxta dəstək və mitinq niyyətini ortaya atan Əli Kərimli saxta "like" saytlarını da Yaqublu ailəsinə göstərməklə, guya xalqın Tofiq Yaqublunu "dərindən" tanıdığını, "dəstəklədiyini" və küçələrə çıxaraq icazəsiz mitinq keçirmək istədiyini sərgiləyir.

Fəqət, reallıq tamamilə başqa cürdür. Əgər bu gün T.Yaqubluya "dəstək" qazananların kimlər olduğunu görsək, Ə.Kərimlinin saxtakarlarını bir daha üzə çıxarmış olarıq. Məsələn, "Kazam", "Sam-sam", "Telekom", "Dədə qorduq" və s. adlarda feyk səhifələrdən ibarət olanların, əslində heç nə - hətta cüzi siyasi təsir qüvvəsi olmadıqları da göz önündədir. Təəssüf ki, Əli Kərimli saxta profilləri "xalq" olaraq zorla ictimai rəyə sırımağa çalışır və o cümlədən, insanları itaətsizliyə çağırmağa çalışmaqla öz işini daha da çətinləşdirir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə