Əfqanıstanda türklər itkin düşüb

Əfqanıstanda türklər itkin düşüb

Əfqanıstanda türklər itkin düşüb. SİA-nın məlumatına görə, Əfqanıstanın cənubundakı Loqar vilayətində yaşayan türk gənclərdən 2 gündür heç bir xəbər alına bilmir.

 

Mühəndis olan 3 türkün yaşadığı məhəllənin sakinləri də onların itkin düşməsinə heyrətləniblər.

 

Bölgənin təhlükəsizlik səlahiyyətliləri dünən türklərin yaşadığı yerin boş olduğunu, bu gün də onlardan heç bir xəbər alınmadığını deyiblər: "Loqarın cənubunda türklərin yaşadığı bölgə Əfqanıstanda məşhurdur. Dünən orada yaşayan 3 türkdən xəbər alınmadığını eşitdik. Araşdırmalara başlasaq da hələ ki, bir məlumat yoxdur. İlk olaraq mühəndislərin işlə bağlı harasa getdiklərini düşünsək də, onlarla heç bir vasitə ilə əlaqə yaratmaq mümkün olmadı".

 

Başqa bir təhlükəsizlik səlahiyyətlisi Məhəmməd Can Abid də məsələ ilə bağlı təəssüf hissi ilə açıqlama verib: "Türklərdən 2 gündür xəbər ala bilmirik. Bütün səlahiyyətlilərlə birlikdə onların tapılmasına çalışırıq. Amma çox böyük ehtimalla qaçırılıblar. Çünki bu məqamda başqa fərziyyə irəli sürmək olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə