Samuxda Gül bayramı keçirilib

Samux rayonunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Gül bayramı keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir görkəmli siyasi xadimin abidəsinin ziyarəti ilə başlayıb. Çıxış edən natiqlər Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə qısa nəzər salıb.

 

Qeyd olunub ki, ulu öndər xalqı parçalanmaqdan, Azərbaycan dövlətini isə məhv olmaqdan qurtarıb. Məhz onun uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın ən inkişaf edən dövlətləri sırasında qərarlaşıb. Samux rayonunda ulu önldərin xatirəsinə düzənlənən Gül bayramı artıq ənənə halını alıb.

 

Gül dəstələri ilə bəzədilən Heydər Əliyevin portretləri, rəsm əsərləri xüsusi ilə diqqət çəkib. Rayon rəhbərliyi Gül bayramında sərgilənən fotolara baxıb. Daha yaxşı əl işlərinin sahibi isə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə