Malayziyada “Bir həsədin tarixi” adlı sənədli film nümayiş olunub

Malayziyada “Bir həsədin tarixi” adlı sənədli film nümayiş olunub
Bu gün Azərbaycanın Malayziyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar onun həyat və yaradıcılığından bəhs edən "Bir həsədin tarixi" adlı sənədli filmin nümayişi olub. SİA AzərTac saytına istinadən xəbər verir ki, film rus dilində olduğundan nümayişdə MDB ölkələrinin Malayziyadakı səfirliklərinin başçıları və siyasi məsələlər üzrə müşavirləri də iştirak ediblər.

Səfir Tahir Kərimov ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, eləcə də ölkəmizin iqtisadi inkişafında müstəsna rolunu və onun doğum gününün xalqımız tərəfindən hər il böyük ehtiramla qeyd olunduğunu xüsusi vurğulayıb. Rusiyanın Malayziyadakı səfiri L.Vorobyeva isə Azərbaycan Prezidenti İlham Əliyev ilə vaxtilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda birgə çalışdığını məmnunluqla qeyd edib. Film qonaqlar tərəfindən bəyənilmiş, bu ekran əsərindəki süjetin əhatə etdiyi SSRİ-nin son illəri, eləcə də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsində baş verən hadisələr fəal müzakirə mövzusuna çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə